• $
  • €
  • ₽
  • ₺
  • £

İki gəncin ölümünə ekskavator səbəb olub? - FOTO

İki gəncin ölümünə ekskavator səbəb olub? - FOTO
29.01.2014 14:45
Yanvarın 25-də Bakıda bina uçması nəticəsində növbəti faciə baş verdi. Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində yerləşən və yaşayış olmayan bina yaxınlıqdakı avtomobilin üzərinə tökülüb. Nəticədə 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğlu vəfat ediblər. Hər iki gənc yaralı vəziyyətdə maşından çıxarılıb 5 saylı xəstəxanaya aparılsalar da, yolda keçiniblər. Asiman Ələkbərlinin 26, Cavid Bayramlının 22 yaşı varmış. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ANN.Az-a açıqlamasında bildirib ki, hadisə ilə əlaqədar cinayət işi başlanıb. Onun sözlərinə görə, faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə başlanmış cinayət işi üzrə araşdırmalar gedir. Artıq zəruri ekspertizalar təyin olunub.Hadisə baş verən an ərazidən keçən və nəticədə avtomobili əzilən sürücülərdən biri Sahib Məmmədov ANN.Az-a deyib ki, faciəyə səbəb ekskavatordur: "Yolla gedirdik, ekskavator divarı vurub aşırtdı üstümüzə.  “Shevrolet Niva” markalı maşın daşların altında qaldı. Maşınımız əzilsə də, biz qurtara bildik. Yuxarıdan tökülən daş maşının arxa tərəfinə dəydi və daş arxa şüşəni sındırıb içəri girdi. Ölüm hadisəsi daha çox ola bilərdi. Yaxşı ki, avtobus bir neçə saniyə tez tərpənə bildi”Göründüyü kimi, rəsmilər binanın uçma səbəbini ərazidən keçən yüksəktonnajlı avtomobillər ilə izah etməyə çalışır, hadisə zamanı ərazidə olan şahidlər isə tamam ayrı mülahizə irəli sürürlər. Amma nəticə çox faciəlidir: iki gənc həlak oldu.Qeyd edək ki, metronun “Nərimanov” stansiyasının yaxınlığında, Heydər Əliyev prospektində “Saatlı bina”nın ətrafından başlayaraq Heydər Əliyev Mərkəzinə qədər olan bütün 3, 4 və 5 mərtəbəli binalar sökülür. Yerində isə yeni “göydələnlər”in tikiləcəyi bildirilir.Onu da xatırlatmaq yerinə düşərdi ki, Heydər Əliyev prospektindəki adıçəkilən binalar bir müddət əvvəl əsaslı təmir olunmuş, binanın üzü bahalı daşlarla örtülmüşdü. Bu təmir işlərinə büdcədən milyonlarla manat vəsait sərf olunduğu deyilir. ANN.Az Bakı Şəhər İcra Hakimiyyətindən hadisə ilə bağlı hər hansı münasibət öyrənə bilməyib.

Sökülən binaların sakinlərinin bildirdiyinə görə, onlara yeni tikiləcək “göydələnlərdə” mənzillər veriləcək. Amma bu mənzillər hazır olaba qədər onlar kirayə yaşamalı olacaqlar. Bunun üçün onlara aylıq 300-500 manat kirayə haqqı verilir.

Seymur ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol