• $
  • €
  • ₽
  • ₺
  • £

“Nurçular gənclərimizi əlimizdən alırlar”

“Nurçular gənclərimizi əlimizdən alırlar”
28.01.2014 14:50
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən tədbirdə bəzi çıxışçılar tərəfindən İslamda “cinsi cihad”ın elan olunması və “nurçuluq”la bağlı narahatlıq bildirilib və şikayət olunub.APA-nın məlumatına görə, çıxış edən Hacı Şahin Həsənli bəzi məzhəblərin Suriyada cihad və şəhadətə çağırışlarından narahat olduğunu ifadə edərək bildirib ki, artıq onlar tərəfindən yeni bir çağırış – guya İslamda buyurulan “cinsi cihad” da elan olunub: “Bəzi insanları hətta cinsi istismara məruz qoyurlar. Bunun da adını “cinsi cihad” qoyurlar, halbuki bunun dinə heç bir aidiyyəti yoxdur. Bu məsələdə məscid imamları və axundları da məsuliyyət daşıyırlar”. Nardaran dindarları adından çıxış edən Hacı Hacıağa Nuri isə deyib ki, son vaxtlar daha da fəallaşan “nurçular” onları narahat edir: “Az qala bizi idarə etməyə, dövlət orqanlarına təsir etməyə qədər fəallaşıblar. İslamda istədikləri yenilikləri təbliğ edib gənclərimizi əlimizdən alırlar. Qardaş Türkiyədə artıq dövlət strukturlarında onların nümayəndələri ortaya çıxır. Biz çox narahatıq ki, həm bu “nurçular”, həm də Suriyada bir-birini qıran məzhəblər sabah Azərbaycanı seçsin. Allah bunu göstərməsin! Amma biz bu barədə hər gün siqnallar alırıq”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol