• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ali məktəblərinin reytinqi

Azərbaycan ali məktəblərinin reytinqi
28.01.2014 12:02
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-2014-cü tədris ili üçün keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərin daxil olduqları əsas ali məktəblərin adlarını və ali məktəblərin reytinq siyahısını açıqlayıb.Trend-in məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə 2013-cü il üzrə qəbul imtahanlarının nəticələrinə həsr olunan konfransda bildirib ki, qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərin 385 nəfəri Azərbaycan Tibb Universitetinə, 261 nəfəri Bakı Dövlət Universitetinə, 197 nəfəri Qafqaz Universitetinə, 191 nəfəri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 121 nəfəri Bakı Ali Neft Məktəbinə, 121 nəfəri Azərbaycan Dillər Universitetinə, 70 nəfəri Azərbaycan Diplomatik Akademiyasına, 60 nəfəri İnformasiya Texnologiyaları Universitetinə, 50 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinə, 47 nəfəri Azərbaycan Dövlət Neft Akademiyasına və s. daxil olub.M.Abbaszadə deyib ki, bu il respublikanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 96 min 720 abituriyent iştirak edib. Onlardan 42,98%-i 0-100, 21,99%-i 100-200, 13,84%-i 200-300, 15, 65%-i 300-500, 5, 55%-i isə 500-700 bal toplayıb. Abituriyentlərdən 1617 nəfəri 600-baldan yuxarı nəticə göstərib.Yüksək ballılar respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini təmsil edirlər. Yüksək nəticə göstərənlər I qrupda 371, II qrupda 301, III qrupda 542, IV qrupda 403 nəfərdir. 6 nəfər isə maksimal nəticə (700 bal) əldə edib. Onlardan 4-ü III qrupun və 2-si IV qrupun abituriyentləridir.TQDK sədri bildirib ki, bu il ali təhsil müəssisələrinin reytinq cədvəlinə Bakı Ali Neft Məktəbi başçılıq edir. İnformasiya Texnologiyaları Universiteti reytinq göstəricilərinə görə 2-ci yerdədir. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası isə reytinq göstəricilərinə görə 3-cü yerdədir.Komissiya sədrinin sözlərinə görə, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət Neft Akademiyası istisna olmaqla, qalan texniki ali təhsil müəssisələri reytinq cədvəlində nisbətən aşağı mövqelərdə yerləşiblər.

Respublikanın regionlarını təmsil edən ali təhsil müəssisələri sırasında Naxçıvan Dövlət Universiteti ən yüksək reytinqə malikdir. Reytinq göstəricisinə (2973) görə bu universitet respublikanın ali təhsil müəssisələri içərisində 9-cu mövqedə yerləşir. Ən zəif reytinqə malik olan dövlət ali təhsil müəssisəsi Azərbaycan Texnologiya Universitetidir.

Özəl ali təhsil müəssisələri arasında ən yüksək reytinqə Qafqaz Universiteti malikdir.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol