• $
  • €
  • ₽
  • ₺
  • £

"Nar"ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi

"Nar"ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
18.12.2024 19:08
"Nar"ın tərəfdaş qismində çıxış etdiyi "Media Savadlılığı” Həftəsi çərçivəsində "Media Savadlılığı” Konfransı təşkil edildi. Konfransın əsas məqsədi media savadlılığının əhəmiyyətini vurğulamaq, beynəlxalq təcrübələri paylaşmaq və həssas sosial qrupların, xüsusən gənclərin bu sahədə bilik və bacarıqlarını təkmilləşdirmək idi.


Konfransda iştirak edən yerli və beynəlxalq media ekspertləri, özəl şirkət və dövlət qurumlarının nümayəndələri, elmi tədqiqatçılar və vətəndaş cəmiyyəti nümayəndələri panel müzakirələrində yalan və manipulyasiya məqsədli məlumatlardan qorunma, fakt yoxlama texnikalarının tətbiqi və rəqəmsal məkanlarda məsuliyyətli davranış kimi media savadlılığının çoxşaxəli aspektlərini ön plana çəkdi.


"Nar" sərfəli mobil operator olmaqla yanaşı, eləcə də korporativ sosial məsuliyyət strategiyası çərçivəsində media savadlılığının artırılması və cəmiyyətin məsuliyyətli informasiya istifadəsinin təşviq olunması istiqamətində örnək dəstək nümayiş etdirir. Mobil operatorun bu təşəbbüsü cəmiyyətin informasiya mənbələri ilə səmərəli əlaqəsinin təbliğinə töhfə verir.


Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol