• $
  • €
  • ₽
  • ₺
  • £

Norveçdə sərnişin təyyarəsi təcili eniş edib

Norveçdə sərnişin təyyarəsi təcili eniş edib
29.12.2024 14:19
Oslodan Amsterdama  qalxan KLM Royal Dutch Airlines sərnişin təyyarəsi  havaya qalxdıqdan dərhal sonra təcili eniş edib və eniş zolağından çıxıb. Bu barədə Norveçin NRK yayım korporasiyası məlumat yayıb.

İlkin məlumata görə, hadisəyə səbəb hidravlik sistemin sıradan çıxması olub.

Təyyarədə 182 nəfər olub, onlardan heç biri xəsarət almayıb.

Pilotlar nasazlıq aşkar etdikdən sonra təyyarəni Oslodan 110 kilometr cənubda yerləşən Sandefjord hava limanına endirmək qərarına gəliblər. Eniş zamanı təyyarə uçuş-enmə zolağından çıxıb və otların üzərində dayanıb.

Dekabrın 29-da Banqkokdan uçan  Jeju Air Boeing 737 təyyarəsi Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayıb. Eniş zamanı təyyarə uçuş-enmə zolağından çıxaraq beton maneəyə çırpılıb, sonra isə partlayıb. Təyyarə demək olar ki, tamamilə məhv edilib. Qəzanın ilkin səbəbi kimi quşların vurması nəticəsində eniş şassisi sisteminin sıradan çıxması göstərilir.

Təyyarədə ümumilikdə 181 nəfər olub. Onların arasında 173 Koreya və iki Tailand vətəndaşı var . Mətbuat fövqəladə vəziyyət zamanı təyyarənin arxasında olan iki və ya üç nəfərin sağ qala bildiyini bildirib.
 
Aytac

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol