Təyyarə qəzasının ilkin nəticələri bu tarixdə açıqlanacaq
![Təyyarə qəzasının ilkin nəticələri bu tarixdə açıqlanacaq Təyyarə qəzasının ilkin nəticələri bu tarixdə açıqlanacaq](https://anews.az/photo/850x500/2025-01/1736083804_qeza2.png)
Qazaxıstanda "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasını araşdıran hökumət komissiyası təhqiqatın ilkin nəticələrini yanvarın sonunda açıqlayacaq.
Bu barədə "Report”un Qazaxıstan bürosuna Nəqliyyat və Kommunikasiyalar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qazaxıstanda ölkə qanunvericiliyinin və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 13 saylı əlavəsinin tələblərinə uyğun olaraq, qəzanın baş verdiyi tarixdən 30 gün sonra təhqiqatın ilkin və ya aralıq nəticələri elan ediləcək.
Nazirlikdən bildirilib ki, qəza ilə bağlı beynəlxalq ekspertlər araşdırması davam edir.13 saylı əlavəyə uyğun olaraq, komissiya araşdırmanı 12 ay ərzində başa çatdırmağı planlaşdırır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)