Mingəçevirdə güclü yanğın baş verib - Video

Mingəçevir şəhərində məcburi köçkünlərin yaşadığı ərazinin yaxınlığında güclü yanğın qeydə alınıb.
"Report"un məlumatına görə, ferma və köşklərin olduğu ərazidə baş vermiş yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb, köşklər yanğından mühafizə olunub.
Hadisənin səbəbləri araşdırılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib























