• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Vaxtında tədbir görülsəydi bu qəza baş verməzdi - Prezident

Vaxtında tədbir görülsəydi bu qəza baş verməzdi - Prezident
06.01.2025 13:45
Əgər Qroznı şəhəri öz ərazisində Rusiyanın hava məkanının bağlanması üzrə vaxtında tədbirlər görsəydi, yerüstü xidmətlərin bütün qaydalarına əməl olunsaydı, həmçinin Rusiya Federasiyasının silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, onda bu faciə də baş verməzdi.

Bunu Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış "Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan dövləti öz oğul və qızlarının fəaliyyətini, qəhrəmanlığını həmişə layiqincə qiymətləndirib:

"Bu dəfə də ekipaj heyətinin qəhrəmanlığı layiqincə qiymətləndirildi. Ekipajın üç üzvünə ölümündən sonra "Milli Qəhrəman” yüksək adı verildi, sağ qalan iki ekipaj üzvü də yüksək dövlət mükafatı ilə təltif olundu. Ola bilər ki, yaxınlarını itirən ailələr üçün bu, kiçik bir təsəllidir, amma Azərbaycan dövlətinin öz vətəndaşlarına münasibətinin təzahürüdür. Həlak olanların hər biri təkcə onun yaxınları, ailə üzvləri üçün deyil, həm də Azərbaycan dövləti üçün əzizdir. Biz buna operativ şəkildə reaksiya verdik, elə bir şəraitdə Azərbaycanın hər bir vətəndaşının həyatının bizim üçün çox qiymətli olduğunu bəyan edərək, prinsipial davrandıq və ədalət, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmalarına səbəb olan təqsirkarların cəzalandırılmasını tələb edəcəyik", - Prezident bildirib. 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Santuş Yunanıstanda xüsusi mükafata layiq görülüb
Cəmiyyət 21:04
Santuş Yunanıstanda xüsusi mükafata layiq görülüb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 20:44
Bu ərazilərdə qaz olmayacaq
Daha 3 avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşib
Cəmiyyət 20:30
Daha 3 avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşib
Beynəlxalq axtarışa verilmiş 7 nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 19:00
Beynəlxalq axtarışa verilmiş 7 nəfər Azərbaycana ekstradisiya edilib
Elnur Bağırov Dövlət Agentliyinə sədr təyin edilib
Cəmiyyət 18:28
Elnur Bağırov Dövlət Agentliyinə sədr təyin edilib
Əfv Komissiyasının iclası keçirilib
Cəmiyyət 18:24
Əfv Komissiyasının iclası keçirilib
Qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs olunub
Cəmiyyət 18:07
Qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs olunub
Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Cəmiyyət 17:36
Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Ramin Cəbrayılzadənin şikayəti təmin edilməyib
Cəmiyyət 17:33
Ramin Cəbrayılzadənin şikayəti təmin edilməyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol