Sabah bəzi yerlərdə yağış yağacaq - Hava proqnozu
![Sabah bəzi yerlərdə yağış yağacaq - Hava proqnozu Sabah bəzi yerlərdə yağış yağacaq - Hava proqnozu](https://anews.az/photo/850x500/2025-01/1736237719_cd67239e-7a05-3b14-8dd3-3a2830470a4e_850.jpg)
Bakıda və Abşeron yarımadasında yanvarın 8-də bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var.
Yağıntılar gündüz tədricən kəsiləcək, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 8-11° isti olacaq.
Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)