• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Sənan Mehdiyevin burun əməliyyatı etdiyi xanım komaya düşdü- Video

Sənan Mehdiyevin burun əməliyyatı etdiyi xanım komaya düşdü- Video
10.01.2025 10:24
Burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurova 3 gündən çoxdur ki, komadadır. Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən qadının beyninə çirk yayıldığı iddia olunur. 

Bu barədə zərərçəkənin atası Aydın Abışzadə "Baku TV”yə açıqlamasında deyib.

Onun sözlərinə görə, qızının vəziyyəti sonradan pisləşib.
 
"Həkim Sənan Mehdiyev qızımın əməliyyatını edib. Yanvarın 3-ü əməliyyat oldu, 1 gün sonra halı pisləşdi. Koma vəziyyətində xəstəxanaya gətirdik. Qızımın vəziyyəti pisləşən kimi həkimə zəng etdik, dedi ki, bu hal normaldır, düzələcək. Ancaq burun əməliyyatı çox pis fəsadlara səbəb olub. Qızım 3 gündür komadadır, ayılmır. Beyni artıq fəaliyyətini dayandırıb. Həkimlərin verdiyi rəyə görə, əməliyyat zamanı beyni zədələnib”. 

Əməliyyatı icra edən həkim Sənan Mehdiyevin yanaşması isə fərqlidir.
 
Onun sözlərinə görə, əməliyyat zamanı heç bir problem olmayıb: "Xəstə kafi vəziyyətdə palataya yerləşdirilib. Ertəsi gün isə evə yola salınıb. Qeyd edim ki, xəstənin tomoqrafiya nəticələrinə görə, kəllə sümüklərində baş vermiş heç bir travmadan söhbət gedə bilməz”.

Bu hadisə cərrah S.Mehdiyevlə bağlı ilk hadisə deyil. 2015-ci ilin martında həmin həkimin əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova klinikada vəfat etmişdi.
 
Ailəsinin uzun müddət davam edən şikayətlərindən sonra hadisə araşdırıldı və S.Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edildi. Lakin onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzləndi və cəzası çəkilmiş hesab olundu.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Santuş Yunanıstanda xüsusi mükafata layiq görülüb
Cəmiyyət 21:04
Santuş Yunanıstanda xüsusi mükafata layiq görülüb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 20:44
Bu ərazilərdə qaz olmayacaq
Daha 3 avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşib
Cəmiyyət 20:30
Daha 3 avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşib
Beynəlxalq axtarışa verilmiş 7 nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 19:00
Beynəlxalq axtarışa verilmiş 7 nəfər Azərbaycana ekstradisiya edilib
Elnur Bağırov Dövlət Agentliyinə sədr təyin edilib
Cəmiyyət 18:28
Elnur Bağırov Dövlət Agentliyinə sədr təyin edilib
Əfv Komissiyasının iclası keçirilib
Cəmiyyət 18:24
Əfv Komissiyasının iclası keçirilib
Qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs olunub
Cəmiyyət 18:07
Qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs olunub
Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Cəmiyyət 17:36
Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Ramin Cəbrayılzadənin şikayəti təmin edilməyib
Cəmiyyət 17:33
Ramin Cəbrayılzadənin şikayəti təmin edilməyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol