• $
  • €
  • ₽
  • ₺
  • £

O, kimdir - ailənin həkimi, yoxsa dostu?

O, kimdir - ailənin həkimi, yoxsa dostu?
23.01.2014 17:23

Ailə həkimi kimdir? Niyə Azərbaycanda belə xidmət yaradılıb və oradakı mütəxəssislər nəylə məşğul olmalıdırlar? ANN.Az-ın bu və digər suallarını Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ailə həkimi kafedrasının müəlliməsi Mehriban Əliyeva cavablandırıb.M.Əliyeva qeyd edib ki, təxminən 10 il bundan əvvəl poliklinikalarda bütün ailə üzvlərini müayinə və müalicə edə biləcək səviyyədə olan ailə həkimi vəzifəsi üçün ştat vahidi açılması məsələsini qaldırmışdılar: “Nəhayət, bəzi başqa ölkələrin (ailə həkimi haqqında vəziyyət 22 iyul 1993-cü ildə “Vətəndaşların sağlamlığının qorunması haqqında” Rusiya qanunvericiliyində qəbul edilmişdir – K.Ə.) müsbət təcrübəsi, həmçinin əhalinin məskunlaşdığı hər məntəqədə çox sahəli tibbi poliklinikaların saxlanılmasının çətinlikləri nəzərə alındı və 2008-ci il sentyabrın 1-də ailə həkimi vəzifəsi ilk dəfə №119 əmrinə əsasən, Səhiyyə Nazirliyinin müəssisələrində istifadə edilən ixtisasların və vəzifələrin nomenklaturasına daxil edildi. Elə həmin il oktyabrın 31-də isə Azərbaycanda ailə həkiminin normativ ştatı təsdiq olundu”.Onun sözlərinə görə, hazırda ailə həkimi vəzifəsini terapevtlər və pediatrlar icra edə bilərlər: “Bu mütəxəssislərin qarşısında mürəkkəb məsələlər durur. O, yalnız terapiya sahəsində deyil, həmçinin oftalmologiya, otorinolarinqologiya, nevrologiya, dermatologiya, onkologiya, pediatriya, cərrahiyyə kimi dar ixtisaslar sahəsində də biliklərə və bacarıqlara malik olmalıdırlar.Ailə həkimi ilkin tibbi xidmət səviyyəsində xidmət göstərir, yəni, poliklinikalarda, ambulatoriyalarda və evdə. Onlar tək halda, həm də qruplar şəklində işləyə bilərlər”.Beləliklə, ailə həkiminin işi nədən ibarətdir? M.Əliyeva bunları sadalayır: - xəstəliklərin erkən üzə çıxması və müalicəsi; - xəstələrə nəinki müalicəvi, həm də psixoloji və sosial yardım göstərmək; - xroniki xəstəlikləri olan xəstələrin müşahidəsi, vaxtaşırı onların müayinə və müalicəsinin keçirilməsi; - əhali arasında maarifçilik işinin aparılması.Özünü xəstə hiss edən hər bir adam özünə sual verir: hara getməli, kimə müraciət etməli, hansı tanınmış mütəxəssisi seçməli və sair. Bütün bu sualların universal cavabı budur: Ailə həkimi.Kafedra müəlliməsinin sözlərinə görə, ailənin dostu olan bu mütəxəssis, nəinki ailənin fiziki sağlamlığını izləyir, həm də onlarla söhbət apararaq və onların problemlərini təhlil edərək, sosial və psixoloji problemlərin həllində iştirak edir: “Tibbi xidmətin ilkin əlaqə səviyyəsində həll edilməyən sağlamlıq problemləri isə, ikinci əlaqə səviyyəsində işləyən, yəni ambulatoriyalarda və stasionarlarda ixtisaslaşdırılmış mütəxəssislərə ötürülür. Bu o deməkdir ki, əgər ailə həkimi xəstəyə kömək edə bilmirsə, o, pasiyenti xəstəliyi üzrə əsas mütəxəssisə göndərir.Ailədə bu mütəxəssisin olması pasiyentin tibbi müayinəyə və diaqnostikaya sərf edəcəyi vaxtı bir neçə dəfə azaltmağa imkan verir. Ailə həkimi pasiyentin sağlamlığı üçün fasiləsiz müşahidə təmin edir, xəstəlik erkən mərhələdə təsbit edilir və bu isə effektiv müalicənin təminatıdır”.Ailə həkiminin üstünlüyündən danışan M.Əliyeva vurğulayıb ki, pasiyentlər özlərinə yaxın, tanış olan mütəxəssisin müalicə aparmasını istəyirlər, çünki ona tam etibar edirlər: “Çoxdan tanış həkimlə ünsiyyət nəticəsində pasiyentin somatik, həm də psixoloji vəziyyəti yaxşılaşır.Ailə həkimi xəstəliklərin üzə çıxardılmasında, erkən diaqnostikada və xüsusi mülaciə almış xəstələrin müşahidəsində iştirak edirlər. Onlar, həmçinin, terminal xəstəliklərdən, QİÇS-dən, onkoloji xəstəliklərdən, hansısa orqan çatışmazlığından əziyyət çəkən pasiyentlərlə də işləyirlər. Bu pasiyentlər, stasionarlarda və dispanserlərdə əsas müalicəni götürüb, ailə həkiminin nəzarəti altında ev şəraitində müalicəyə davam edirlər.Ailə həkiminin diqqəti bir çox istiqamətə yönələ bilər – dəri problemləri, saç tökülməsi, kəskin virus infeksiyası, damar xəstəlikləri, artıq çəki, arterial təzyiq və s”.Mütəxəssis son olaraq qeyd edib ki, insanlara dəyərli və faydalı olmaq üçün ailə həkimləri xüsusi təlim keçməlidirlər. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ailə həkimi kafedrası bu sahədə müvəffəqiyyətlə işləyir: “Bizim kafedramızın müəllimləri təcrübə keçən həkimlərə mühazirə oxuyurlar, yerli xəstəxanaların həkimləri ilə görüşmək üçün regionlara gedirlər”. Kamal ƏliANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol