Xəzər dənizində zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 07:22-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.1 olub. Zəlzələ ocağı 17 kilometr dərinlikdə yerləşib. www.anews.az