Salyanda yük maşınında partlayış baş verib, yaralılar var

Salyanda yük avtomobilinin çəni partlayıb, xəsarət alanlar var.
Məlumata görə,TIR-da qaynaq işləri aparılarkən ehtiyatsızlıqdan yük maşınının çəni partlayıb.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
"Report” xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb.
Hadisə nəticəsində rayonun Şorsulu kənd sakinləri, 1983-cü il təvəllüdlü Əliyev Paşa Cabbar oğlu və onun oğlu 2009-cu il təvəllüdlü Əlizadə Qismət Paşa oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.Xəstəxanada ilkin tibbi yardım alan Q.Əlizadə Bakı xəstəxanalarından birinə göndərilib.
www.anews.az
























