Mərdəkanda yaşayış evində partlayış olub, xəsarət alan var
![Mərdəkanda yaşayış evində partlayış olub, xəsarət alan var Mərdəkanda yaşayış evində partlayış olub, xəsarət alan var](https://anews.az/photo/850x500/2025-01/1737874516_1729059833_1531032902_yanginsonduren-760x445.jpg)
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fiziki şəxsə məxsus həyətyanı sahədə ümumi sahəsi 30 m² olan ikiotaqlı köməkçi tikilidə partlayışın baş verdiyi müəyyən edilib.
Hadisə nəticəsində partlayış dalğasının təsirindən həyətin darvazası yerindən çıxıb, həyətdə dayanan 2 ədəd minik avtomobilinin şüşələri sınıb, tikiliyə ziyan dəyib və 1 nəfər xəsarət alıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)