• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

İmişlidə yanğın olub, yüzdən çox ev quşu tələf olub - Yenilənib

İmişlidə yanğın olub, yüzdən çox ev quşu tələf olub - Yenilənib
26.01.2025 21:39
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə İmişli şəhəri, N.Nərimanov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Qurumdan bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 45kv.m. olan yardımçı tikilinin tavanı 15kv.m. sahədə yanıb və içərisindəki ev quşları tələf olub. Tikilinin qalan hissəsi yanğından mühafizə edilib.

20:32

İmişli şəhərində yanğın hadisəsi baş verib.

"Report”un məlumatına görə, hadisə şəhərin N. Nərimanov küçəsində, Xanış Nuriyevə məxsus təsərrüfatda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib və yanğın söndürülüb.

Yanğın nəticəsində tikili yararsız hala düşüb və 100-dən çox ev quşu tələf olub.
 
Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Santuş Yunanıstanda xüsusi mükafata layiq görülüb
Cəmiyyət 21:04
Santuş Yunanıstanda xüsusi mükafata layiq görülüb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 20:44
Bu ərazilərdə qaz olmayacaq
Daha 3 avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşib
Cəmiyyət 20:30
Daha 3 avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşib
Beynəlxalq axtarışa verilmiş 7 nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 19:00
Beynəlxalq axtarışa verilmiş 7 nəfər Azərbaycana ekstradisiya edilib
Elnur Bağırov Dövlət Agentliyinə sədr təyin edilib
Cəmiyyət 18:28
Elnur Bağırov Dövlət Agentliyinə sədr təyin edilib
Əfv Komissiyasının iclası keçirilib
Cəmiyyət 18:24
Əfv Komissiyasının iclası keçirilib
Qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs olunub
Cəmiyyət 18:07
Qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs olunub
Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Cəmiyyət 17:36
Yasamalda 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Ramin Cəbrayılzadənin şikayəti təmin edilməyib
Cəmiyyət 17:33
Ramin Cəbrayılzadənin şikayəti təmin edilməyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol