Keçən il mina qurbanlarının sayı nə qədər olub? - Rəsmi
![Keçən il mina qurbanlarının sayı nə qədər olub? - Rəsmi Keçən il mina qurbanlarının sayı nə qədər olub? - Rəsmi](https://anews.az/photo/850x500/2025-01/1737962062_1730718476_1727700503_2e0fbf56-c3c9-3dea-b14a-1874570d6837_850-3.jpg)
Azərbaycanda 2024-cü il 41 nəfər mina qurbanı olub. Bu barədə Baş prokuror Kamran Əliyev 2024-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiyasında bildirib.
O bildirib ki, qurbanların 5 nəfəri həlak olub, 36 nəfəri isə yaralanıb.
İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanda 382 nəfər mina qurbanı olub. Onların 70-i ölüb, 312 nəfəri isə müxtəlif dərəcəli xəsarət alıb.
Azərbaycan dünyada minaların sayına görə ilk 10-luqda qərarlaşan ölkələrdəndir.
Avropada isə minaların sayına görə üçüncü ölkə kimi tanınır.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)