• $
  • €
  • ₽
  • ₺
  • £

Rüstəm Usubov jurnalistə vəd verdi

Rüstəm Usubov jurnalistə vəd verdi
22.01.2014 15:46

Yanvarın 22-də baş prokurorun birinci müavini Rüstəm Usubov jurnalist Anar Niftəliyevi qəbul edib.Qəbul Anar Niftəliyevin həyat yoldaşı, Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının ölüm işinin istintaqı ilə bağlı olub. Qəbul zamanı Rüstəm Usubov Anar Niftəliyevin bu iş üzrə zərərçəkən kimi narahatlıqlarını, vəsatətlərini dinləyib.“Media forum” saytına açıqlamasında Anar Niftəliyev deyib ki, qəbul Baş Prokurorluğun təşəbbüsü və dəvəti ilə gerçəkləşib: “Hörmətli Rüstəm Usubov narahat olduğum məqamlarla bağlı elə yerindəcə göstəriş və tapşırıqlarını verdi. Daha sonra istintaqın ləng getməsinin səbəblərini aydınlaşdırdı və araşdırmanın obyektivliyi naminə görülən işlərin həcmini izah etdi”.Rüstəm Usubovun bu ölüm işinin istintaqı ilə bağlı ətraflı bilgiyə sahib olduğunu bildirən jurnalistin sözlərinə görə, bu məlumatlılıq artıq kifayət qədər təəssürat yaradır: “Cənab Usubovun qəbulunda bu ölüm işi ilə bağlı müzakirələrin aparıldığı və qərarların verildiyi barədə məlumat aldım. Bu məlumat qəbulda iştirak edən Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim Abbasov və idarənin müstəntiqi Ramin Qocayevin söhbətə qoşulmalarından aydın şəkildə təsdiqlənirdi. Buna görə də ölüm işinin birbaşa baş prokurorun və cənab Usubovun nəzarətində olduğuna və istintaqın obyektiv yekunlaşacağına əminliyim yarandı”.Anar Niftəliyev Rüstəm Usubovdan məsuliyyətdən yayınmağa cəhd edənlərin səylərinin qarşısının alınmasını da xahiş edib: “Hər kəsin layiq olduğu cəzanı alması həm də ailə faciəmizi ağırlaşdıran düşmənçilik yükünün yüngülləşməsi deməkdir. Cənab Usubovun təkcə Baş Prokurorluğun nüfuzlu təmsilçisi kimi deyil, həm də bir insan olaraq mənəvi baxımdan hər şeyi qiymətləndirməyi bacardığını müşahidə etdim və o, söz verdi”.Xatırladaq ki, 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra Elnarə Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Həmin ekspertizaların rəyinə əsasən, Elnarə Tofiqqızı asfiksiyadan (nəfəs çatışmazlığından) ölüb.Səhiyyə Nazirliyinin baş onkoloq və baş anestezioloq-reanimatoloqlarının iştirakı ilə aparılan araşdırmanın nəticəsində də göstərilir ki, Elnarə Tofiqqızının “hər iki süd vəzinin axardaxili papillomaları” diaqnozu ilə əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verilib.Faktla bağlı 2013-cü il sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb.ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol