Sabah hava yağmursuz olacaq
![Sabah hava yağmursuz olacaq Sabah hava yağmursuz olacaq](https://anews.az/photo/850x500/2025-01/1738053394_1737201584_image_750x_615acc1f3c611-1.jpg)
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)