• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəbdə şagirdə naməlum kağız və nömrə verilib - DİN araşdırır

Məktəbdə şagirdə naməlum kağız və nömrə verilib - DİN araşdırır
06.02.2025 21:50
Bakı şəhəri 210 nömrəli tam orta məktəbdə oxuyan şagirdə üzərində bir oyunun loqosu əks olunan və mobil nömrə yazılan kağızlar verilib.

"Qafqazinfo” xəbər verir ki, bu iddia ilə Nurlan Mirəli adlı vətəndaş "Facebook" hesabında paylaşım edib.

"Bu gün 5-ci sinifdə oxuyan qızıma və onun sinif yoldaşlarına, böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq belə bir vərəq veriblər. Vərəqin bir üzünə mobil nömrə qoyulub, digər üzündə isə bir oyunun loqosu əks olunub. Və rusca "mənə yaz” sözləri yazılıb. Bu oyunu "Google" üzərində araşdırdım, dünyada geniş yayılıb və uşaqlar arasında intihar edənlər belə olub. Nömrəyə bir neçə dəfə zəng vurduq, səsimizi eşidib söndürürlər”.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov  bildirib ki, məktəbliyə verilən naməlum qrafalı vərəqəni polis araşdırır:

"Sosial şəbəkələrdə yayılan naməlum qrafalı kağızlardan məlumatlıyıq. Bununla bağlı aidiyyəti üzrə araşdırma aparılır. Araşdırmalarla vərəqdə əks olunan ifadələrin mahiyyəti aydın olacaq”.

Həmçinin Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, məsələ ilə bağlı məktəbdaxili araşdırma aparılacaq.Şagird və valideynlərlə müvafiq söhbət aparılacaq, məktəb psixoloqu tərəfindən şagirdlərlə dəstəkləyici tədbirlər görüləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol