• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin hədəsinə RƏSMİ CAVAB

Ermənilərin hədəsinə RƏSMİ CAVAB
21.01.2014 12:00

“Erməni əsgərlərinin ölüm səbəbi Ermənistandan çağırılan əsgərlərlə Dağlıq Qarabağ erməniləri arasında qarşılıqlı münasibətlərin kobud surətdə pozulmasıdır”.

Bunu “Axar.az”a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat katibi Vaqif Dərgahlı deyib.

O, Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupunun Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsi pozaraq təxribat törətməsi və erməni bölmələrinin itkilər verməsi barədə növbəti dəfə qarşı tərəfin xəbərlər yaymasını rəsmi İrəvanın dezinformasiyası və təxribatı kimi dəyərləndirib: “Bu məlumatın ardınca Ermənistan Müdafiə Nazirliyinin Azərbaycana hədə-qorxu dolu bəyanatlarla çıxış etməsi də bizim üçün təəccübləndirici deyil. Çünki erməni tərəfi hər dəfə Ermənistanda hakimiyətə qarşı kütləvi narazılıqlar baş qaldırdıqda öz xalqının diqqətini yayındırmaq məqsədilə cəbhədə guya Azərbaycan tərəfinin aktiv döyüş əməliyyatlarına başlaması fikrini ortaya atır”. V. Dərgahlı yanvarın 18-də pensiya islahatına qarşı erməni müxalifətinin mitinqə 10 minlərlə narazı kütləni çıxarmasından Ermənistan hərbi-siyasi rejiminin təşvişə düşdüyünü və ictimaiyyətin diqqətini bu aksiyalardan yayındırmaq məqsədilə rəsmi İrəvanın növbəti dəfə öz xalqına qarşı psixoloji təsir üsulundan istifadə etdiyini bildirib: “Əslində isə Ermənistan ordusundakı itkilərin kökündə Ermənistan Müdafiə naziri Seyran Ohanyanın da yanvarın 16-da etiraf etdiyi kimi, “ordudakı zorakılıq nizam-intizamın aşağı səviyyədə və şəxsi heyətin qarşılıqlı münasibətlərinin pis olması” durur. Elə bu dəfə də erməni əsgərlərinin ölüm səbəbi hərbi hissələrdəki nizam-intizamın aşağı səviyyədə olması, zabitlərlə əsgərlər, həmçinin Ermənistandan çağırılan əsgərlərlə Dağlıq Qarabağ erməniləri arasında qarşılıqlı münasibətlərin kobud surətdə pozulmasıdır”. O, Müdafiə Nazirliyinin bir daha rəsmi olaraq qoşunların təmas xəttində hər hansı bir insident qeydə almadığını və Silahlı Qüvvələrimizin bölmələrinin heç bir itki vermədiyini deyib. Qeyd edək ki, dünən Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Arçrun Ovanisyan Azərbaycan Ordusunun baş verən hadisələrə görə cəzasız qalmayacığını bildirmişdi.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol