• $
  • €
  • ₽
  • ₺
  • £

2014-cü ilin 20 yanvar HAVAsı

2014-cü ilin 20 yanvar HAVAsı
18.01.2014 13:07
20 Yanvar faciəsinin 24-cü ildönümündə müşahidə olunacaq hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, yanvarın 20-də Bakıda və Abşeron yarımadasında səhər havanın tutqun olacaq, mülayim şimal küləyi əsəcək, arabir güclənəcək. Gündüz buludlu hava şəraiti davam edəcək, günün ikinci yarısında az yağıntılı olma ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu səhər və gündüz 5 dərəcəyədək isti olacaq. Axşam hava şəraiti arabir yağıntılı olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu 3 dərəcə isti olacaq.  Yanvarın 20-də səhər Azərbaycanın bəzi yerlərində hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Balakən-Şəki zonasında yağıntılar intensiv olacaq. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 isti, bəzi yerlərdə 3 dərəcəyədək şaxta olacaq.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol