• $
  • €
  • ₽
  • ₺
  • £

Zaqatalada 5 tələbə qız zəhərləndi

Zaqatalada 5 tələbə qız zəhərləndi
18.01.2014 09:40
Azərbaycan Müəllimlər İnstitunun Zaqatala filialının 5 tələbəsi qida toksiki infeksiyasından şübhəli bilinərək Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. APA xəbər verir ki, Zaqatala MRX-nın yoluxucu xəstəliklər şöbəsinin müdürü İlham Həsənovun verdiyi məlumata görə, yanvar ayının 17-i axşam saatlarında Zaqatala şəhərində kirayədə yaşayan, Azərbaycan Müəllimlər İnstitunun Zaqatala filialının 1-ci kursunda təhsil alan 5 tələbəsi-1996-cı il təvəllüdlü Bərdə rayon sakini Dadaşova Sonaxanım Nurlan qızı, 1996-cı il təvəllüdlü Bərdə rayon sakini Əliyeva Failə, 1996-cı il təvəllüdlü Yevlax rayon sakini Baxışova Banuçiçək Sürhəddin qızı, 1995-ci il təvəllüdlü Bərdə rayon sakini Hüseynova Aişə Vüqar qızı və 1995-ci il təvəllüdlü Şəki rayon sakini Rəhimli Rüfanə Rəşid qızı Zaqatala MRX-nın yoluxucu xəstəliklər şöbəsinə daxil olublar. Araşdırma zamanı məlum olub ki, tələbə qızlarda yanvar ayının 17-i gün ərzində ayrı-ayrı saatlarda ürəkbulanması və qusma əlamətləri olub. Xəstəxananın yolxucu xəstəliklər şöbəsinə daxil olduqdan sonra tələbə qızlara müvafiq ilkin tibbi yardım göstərilib. Qida toksiki infeksiyasından şübhəli bilinərək hər bir qızdan ayrı-ayrılıqda mədəsindən nümunə götürülərək bakterioloji laboratoriyaya göndərilib. Götürülmüş nümunələr analiz olunduqdan sonra tələbə qızlarda qida zəhərlənməsinin olub olmaması və yaxud digər hər hansı bir yolxucu xəstəliyə tutulmasını söyləmək mümkün olacaq. Hazırda 5 tələbə qızın vəziyyəti kafi hesab edilir, müalicələri Zaqatala MRX-nın yoluxucu xəstəliklər şöbəsində davam etdirilir.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol