• $
  • €
  • ₽
  • ₺
  • £

Avtobus sürücüsünü döyənlərə cinayət işi açılıb

Avtobus sürücüsünü döyənlərə cinayət işi açılıb
20.03.2025 11:00

Martın 12-si Abşeron rayonu Xırdalan şəhərində bir qrup şəxs avtobus sürücüsünə hücum edərək onu döyüblər.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, fakta görə cinayət işi başlanılıb.

“Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı Rövşən Məmmədli saxlanılaraq istintaqa təhvil verilib. Digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir”, - deyə o, əlavə edib.

Martın 12-si saat 21:30 radələrində bir qrup şəxs Bakı Mühəndislik Universitetinin qarşısında 135 saylı marşrut xətti üzrə avtobus sürücüsünü təkləyərək döyüblər. Ağır xəsarətlər alan sürücü Aqil Həmidov polisə müraciət edib. O, Abşeron Rayon Polis İdarəsi tərəfindən ekspertizaya göndərilib.

Bildirilib ki, hadisədən əvvəl naməlum şəxslərin olduğu minik avtomobilinin sürücüsü A.Həmidovla yol üstündə mübahisə edib. Daha sonra onlar avtobus sürücüsünü təqib ediblər və bir qrup şəxslə birgə onun yerini öyrənərək hücum ediblər.

Baş vermiş hadisə anbaan olaraq ərazidəki kameralara düşüb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol