• $
  • €
  • ₽
  • ₺
  • £

Seldə həlak olan Pərviz "EVRASCON" şirkətinin əməkdaşı olub

Seldə həlak olan Pərviz "EVRASCON" şirkətinin əməkdaşı olub
17.04.2025 10:59

Ağsuda sel ekskavatorunun aşırması nəticəsində vəfat edən sahə rəisi Həyatullayev Pərviz “Avro-Asiya” İnşaat Korporasiyası "EVRASCON" ASC-nin" əməkdaşı olub. Bu barədə anews.az-a həmin şirkətdə çalışan başqa bir əməkdaş bildirib.

Hadisə nəticəsində ekskavatorun içində olan 4 nəfərdən biri hadisə yerində ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Ekskavatordan sağ çıxarılan şəxslər Qazax rayonunun Yuxarı Salahlı kənd sakini 33 yaşlı Bəxtiyar Nəsib oğlu Abdullayev, Cəbrayıl rayonunun Niyaziqullar kənd sakini 43 yaşlı Elnur Məhəmməd oğlu Salahov və Gədəbəy rayonunun Çiçəkli kənd sakini 37 yaşlı Bəxtiyar Fazil oğlu Qasımovdur. 

Yerli mətbuatın yazdığına görə, ərazidə yol-təmir işləri ilə məşğul olan işçilər yağışın başlamasını müşahidə edərək təhlükəsizlik məqsədilə ekskavatorun içərisinə daxil olublar. Bir qədər sonra çaya sel gəlib və güclü axının təsirindən ekskavator aşıb.

Hüquq-Mühafizə orqanları hadisənin detallarını araşdırır. 

Məsələ ilə bağı "Evrascon" ASC şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala  bilmədik. Şirkətin mövqeyi olduğu halda işıqlandırmağa hazırıq. 

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bildirir ki, vəfat edən şəxsin şirkətlə əmək müqaviləsi varsa, hadisə iş başında baş veribsə, bu zaman istehsalatda bədbəxt hadisə sayılır və  bir dəfəlik kompensasiya ödənməlidir.

"Şəxsin 18 yaşına çatmayan övladı və yaxud 23 yaşına çatmamış təhsil alan, ya əlil  övladı varsa, o zaman ailəyə bir dəfəlik kompensasiya verilməlidir.  Əgər şirkət qanunu pozaraq, əməkdaşın sığortası olunmayıbsa, bu zaman sığorta yox işə götürən vəfat edən şəxsin ailəsinə bir dəfəlik kompensasiyanı ödəməlidir",- Sahib Məmmədov vurğulayıb. 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki,  hazırda məsələ ilə bağlı araşdırma aparılır və araşdırmanın nəticəsinə əsasən qanunvericiliyə uyğun tədbirlər görüləcək.

"Əməyin mühafizəsi qaydalarının pozulması və ya işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyinin mühafizəsi şəraiti ilə təmin edilməməsi İnzibati Xətalar Məcəlləsinin 198-ci və 199-cu maddələrinə əsasən inzibati məsuliyyətə səbəb olur",- məlumatda qeyd olunub.

“Avro-Asiya” İnşaat Korporasiyası "EVRASCON" ASC keçmiş "Azərkörpü" şirkətinin bazasında yaradılıb və  sonuncu dəfə 2025-ci ilin yanvarın 24-də  dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 377 min 290 manat olan ASC-nin qanuni təmsilçisi İsmiyev Həmzət İsmayıl oğludur.

Yerli mətbuat bu şirkətin keçmiş baş nazirin müavini Abid Şərivofla bağlı olduğunu yazır. 

Aytac Zeynalova 

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol