• $
  • €
  • ₽
  • ₺
  • £

Sevinc Babayevanın bağ evində oğurluq

Sevinc Babayevanın bağ evində oğurluq
14.01.2014 10:35
"Mandat alveri”nin qurbanlarından olan, 2012-ci il 26 dekabrda dünyasını dəyişən Sevinc Babayevanın ailəsinə daha bir zərbə də oğrulardan dəyib.

Məlumata görə, S.Babayevanın Novxanıda yerləşən bağ evindən oğurluq olub. Məlumatda oğurluq zamanı hansı əşyaların oğurlanması, onun dəyəri barədə məlumat yox idi.

Bu xəbəri dəqiqləşdirmək üçün S.Babayevanın oğlu Ayxan Məmmədovla əlaqə saxlanılıb. “Yeni Müsavat”a açıqlamasında A.Məmmədov xəbəri təsdiqləyib. Onun sözlərinə görə, bağ anasına yox, ana babası Telman Babayeva məxsus olub: “Novxanıda yerləşirdi, köhnə bir bağ idi. Bir imkansız qohumumuz var idi, onlar yaşayırdılar içində. Amma həmin qohum bir ay bundan əvvəl həmin bağdan köçüb, bizim də xəbərimiz olmayıb. O gün isə xəbər tutduq ki, bağdan ciddi oğurluq olunub”.Müsahibimiz xatırlatdı ki, anasının ölümündən bir neçə ay öncə “Sahil” metro stansiyasının üstündə yerləşən çoxmərtəbəli binanın üstündəki mənzili boşaldılmışdı:“Həmin mənzildən çıxarılan bütün əşyalar isə Novxanıdakı bağ evinə yerləşdirilmişdi. Orada bahalı xalçalar, çanaq antenalar, dəyəri 2-3 min manat olan antikvar telefonlar, evdən çıxan bir çox bahalı əşyalar var idi. Ev boşaldılandan sonra fikirləşdik ki, ordan çıxan əşyaları harda yerləşdirək. Qərar verdik ki, bağ boşdur, ən münasib yer oradır. Oğrular onların hamısını götürüblər. Hadisənin konkret hansı tarixdə baş verməsini dəqiq deyə bilmərəm. Amma xəbər tutan kimi müvafiq polis orqanına bu barədə xəbər verdik”.A.Məmmədovun sözlərinə görə, hazırda polis bu oğurluq işi ilə bağlı araşdırma aparır. Dünən tezdən polislərlə əlaqə saxlayan A.Məmmədova araşdırmanın aparıldığı bildirilir. Müsahibimizdən “bu, sıradan oğurluq hadisəsidir, yoxsa Sevinc Babayevanın evindən çıxan əşyaların içində gizli sənəd, disk axtarmaq istəyənlərin təşəbbüsü?” sualına cavabda A.Məmmədov dedi ki, hadisədə hər hansı başqa səbəblər axtarmaq lazım deyil: “Bu, adi bir oğurluq hadisəsidir. Bağ yeridir, içəridə adam olmayıb, əşyaları oğurlayıblar. Polislər araşdırmaya başlayıb. Ümid edirəm, yaxın zamanda hər şey üzə çıxacaq”. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol