• $
  • €
  • ₽
  • ₺
  • £

Rüfət Səfərovun həbs müddəti uzadılıb

Rüfət Səfərovun həbs müddəti uzadılıb
29.04.2025 16:19

Hüquq müdafiəçisi Rüfət Səfərovun barəsində seçilən həbs qətimkan tədbirinin müddəti 3 iyun 2025-ci ilədək uzadılıb. Bu barədə onun vəkili Bəhruz Bayramov anews.az-a məlumat verib.

Vəkilin sözlərinə görə, aprelin 29-da Binəqədi Rayon Məhkəməsində istintaq orqanının vəsatətinə baxılıb və məhkəmə vəsatəti təmin edib.

"İttiham tərəfi bildirdi ki, istintaq hələ davam edir və buna görə də həbs müddətinin uzadılmasına ehtiyac var. Biz etiraz etdik, lakin məhkəmə nəzərə almadı", —  vəkil qeyd edib.

Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır xəsarət yetirmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham olunur.

Rüfət Səfərov özünü təqsirli bilmədiyini bildirib.

Tatyana Kryuçkina

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol