• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda kütləvi dava: saxlanılanlar var

Bakıda kütləvi dava: saxlanılanlar var
08.01.2014 12:47
 Bakıda kütləvi dava baş verib.Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakini Əfləddin Muradovdan 1 qramdan artıq həşiş götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, o, Bakı şəhər sakini Mirzə Niftullayevlə birlikdə yanvarın 2-də Bakıxanov küçəsində Şabran rayon sakini Amid Ağalarova və Bakı şəhər sakini Elnur Cəfərov bıçaq xəsarəti yetirib. Məlum olub ki, A.Ağalarov, E.Cəfərov, Nail Hacıyev, Zaur, Qara və Namiq adlı şəxslər yanvarın 2-i saat 06:30 radələrində, R.Behbudov küçəsində xuliqanlıq zəminində Bakı şəhər sakinləri Azad Sultanovu və həmin gün saat 07:15 radələrində, R.Behbudov küçəsində Səbuhi Mehrəliyevi döyüblər. Hadisədən sonra S. Mehrəliyev və A. Sultanov Naxçıvan şəhər sakini Emil Zeynalovun idarə etdiyi «Kia» markalı avtomobillə Şamxal, Zamiq adlı şəxslə birlikdə hadisə yerindən uzaqlaşarkən, saat 07:25 radələrində Bakıxanov küçəsində həmin şəxslər arasında təkrarən münaqişə baş verib, hadisə zamanı M.Niftullayev və Ə.Muradov A.Ağalarova və E.Cəfərova bıçaq xəsarətləri yetiriblər. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ağdaş rayon sakini Nail Hacıyev tutulub və ondan 2 qramdan artıq həşiş götürülüb.Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Amid Ağalarova, Elnur Cəfərova xəsarət yetirən Mirzə Niftullayev, Naxçıvan şəhər sakini Emil Zeynalov, Bakı şəhər sakini Zamiq Quliyev, Bərdə rayon sakini Şamxal Həsənov, İmişli rayon sakini Emin Qasımzadə tutulub.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol