Aeroport yolunda qəza tıxaca səbəb olub

Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindın verilən məlumata görə, qəza səbəbindən Mərdəkan şosesi istiqamətində sıxlıq yaranıb.
Polis əməkdaşları tərəfindən nəqliyyat sıxlığının aradan qaldırılması üçün zəruri tədbirlər görülür.
























