• $
  • £

Hərəkatdan çağırış təbriki

Hərəkatdan çağırış təbriki
31.12.2013 16:37
Yeni Nəfəs Hərəkatının təşkilat komitəsi olaraq 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə dünya azərbaycanlılarını təbrik edib.
 
ANN.Az-ın məlumatına görə, yayılan bayram təbrikində deyilir ki, SSRİ-nin son günləri Azərbaycan türklərinin Arazın hər iki sahilində sərhəd yürüşü, dəmir tikanlı məftilləri qırması, özünü suya vurub öz doğma qardaş bacısına qovuşmaları, həftələrlə hər iki sahildə gecə-gündüz birləşmək şüarı, Arazın iki tərəfində olan hər iki Azərbaycanın əslində bir olduğunu, Azərbaycan türklərindən ibarət olduğunu dünyaya isbatladı. Təəssüf ki, o zamandan birləşmək istəyi hələ də gerçəkdə öz əksini tapa bilmədi.
 
Əsası 1989-cu il dekabrın axırlarında sərhədlərin dağılması zamanı qoyulduğu, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, mərhum Heydər Əliyevin qərarı ilə bayram kimi qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 40 milyona yaxın Güney Azərbaycan türkünə və ümumyyətlə 60 milyona yaxın dünya azərbaycanlılarına bir mesaj idi. Həmrəylik günü hər bir azərbaycanlı üçün həmin birləşmək istəyinin simvolik nişanəsidır.
Quzey Azərbaycan türkləri Dağlıq Qarabağ itkisi ilə öz müstəqilliyini bərpa etsə də, Güney Azərbaycan türkləri hələ də öz haqq və hüquqlarını əldə edə bilməmişdir. İrəvanda, Zəngəzurda rus-erməni assimilyasiyası nəticəsində bir nəfər belə türk qalmamışdır. Borçalı və Dərbənddə Azərbaycan türklərinin sayı hər il azalmaqda davam edir. Bu baxımdan, dünya azərbaycanlılarının yeni ildə yalnız sözdə deyil, həm də fikirdə və işdə həmrəy olmaları çox vacibdir.
 
Yeni Nəfəs Hərəkatı təşkilat komitəsi olaraq 60 milyondan yuxarı dünya azərbaycanlılarını bir daha təbrik edir, milli birlik yolunda uğur arzulayırıq. Tanrı millətimizi və dövlətimizi qorusun!
Yeni Nəfəs Hərəkatı
Təşkilat Komitəsi
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət Xidmətinin üç vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 21:08
Dövlət Xidmətinin üç vəzifəli şəxsi həbs edilib
Sabah Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır
Cəmiyyət 20:10
Sabah Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır
Azərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR
Cəmiyyət 19:42
Azərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR
Heydər Əliyev prospektində piyadanı maşın vurub
Cəmiyyət 18:54
Heydər Əliyev prospektində piyadanı maşın vurub
İmtahanda 9 nəfər 300 bal toplayıb - SİYAHI
Cəmiyyət 18:10
İmtahanda 9 nəfər 300 bal toplayıb - SİYAHI
Bakıda 140A nömrəli marşrut nağdsız ödəniş sisteminə keçir
Cəmiyyət 18:06
Bakıda 140A nömrəli marşrut nağdsız ödəniş sisteminə keçir

Martın 15-i keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
Cəmiyyət 17:38
Martın 15-i keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
Bakıda bəzi məktəb və universitetlərdə tədris distant formada olacaq
Cəmiyyət 17:13
Bakıda bəzi məktəb və universitetlərdə tədris distant formada olacaq

Prezident bu universitetə rektor təyin etdi
Cəmiyyət 17:07
Prezident bu universitetə rektor təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol