• $
  • €
  • ₽
  • ₺
  • £

Sabiq “Qazprom” rəsmisinin bağ evini yandırmaqdatəqsirləndirilən bağban 7 il həbs cəzası aldı

Sabiq “Qazprom” rəsmisinin bağ evini yandırmaqdatəqsirləndirilən bağban 7 il həbs cəzası aldı
07.08.2025 08:41

Bakı Ağır Cinayətlər Məhkəməsi  29 yaşlı bağban Əkpər Bəşirliyə qarşı irəli sürülən oğurluq, qəsdən yanğın törətmə və sənədlərin məhv edilməsi ittihamlarını əsaslı sayaraq onu 7 il azadlıqdan məhrum edib.

2023-cü ilin aprelində sabiq “Qazprom” nümayəndəliyinin rəhbəri Akif Həsənova məxsus Şüvəlan bağında yanğın baş verib.

İstintaqa görə, Bəşirli seyfi oğurlayıb, sənədləri yandırıb və əmlaka ciddi ziyan vurub.

Zərərçəkən 450 min manatlıq mülki iddia qaldırıb.

Təqsirləndirilən şəxs oğurluğu etiraf etsə də, qəsdən yanğın törətdiyini inkar edib.

Zərərçəkmiş Akif Həsənovun sözlərinə görə, hadisə günü dostları ilə birlikdə evdən kənarda olub və qayıtdıqda bağ evinin alov içində olduğunu görüb.

Yanğınsöndürənlər yanğının qəsdən törədildiyini bildirib.

İstintaq müəyyən edib ki, seyf yanğından əvvəl şkafdan çıxarılıb, şkafın qapısı isə zorla açılıb. Seyfin içində 5000 ABŞ dolları, saatlar və sənədlər olub.

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol