• $
  • £

“Qarabağ Qaziləri" İctimai Birliyi: “Biz aksiya keçirmirik”

“Qarabağ Qaziləri" İctimai Birliyi: “Biz aksiya keçirmirik”
27.12.2013 12:38
“Dünən “Qarabağ Qaziləri", "Vətən Müharibəsi Əlilləri", "Şəhid Ailələri Cəmiyyəti", "Azərbaycan Vətən Müharibəsi Veteranları", "Bakı Veteranlar Birliyi", "Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi" ictimai birliklərinin sədrləri və fəalları Qarabağ qazisi Zaur Həsənovu müalicə olunduğu xəstəxanada ziyarət edib”.APA-nın xəbərinə görə, bunu “Facebook” sosial şəbəkəsindəki səhifəsində “Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu yazıb. O qeyd edib ki, dünən Z.Həsənovun səhhəti ilə maraqlanıblar: “Daha sonra "Qarabağ Qaziləri" İctimai Birliyinin sədr müavini Firudin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Həmkarlar İttifaqı Konfederasiyasında Səttar Mehbalıyevlə görüşüb”. R.Kərimoğlunun yazdığına görə, Z.Həsənovun səhhəti ağır olaraq qalır: “Həkimlər onun yaşama şansının çox az olduğunu deyirlər. Yaxın 2-3 gündə dünyasını dəyişməsə, yaşamasına ümid artacaq”. R.Kərimoğlu dünən xəstəxanada aksiya keçirmədiklərini də qeyd edib: “Bu barədə yazılanlar həqiqəti əks etdirmir. Sosial şəbəkələrdə şənbə günü Qarabağ qazilərinin Fəvvarələr meydanında etiraz aksiyası keçirməsi ilə bağlı məlumat da yayılıb. "Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri kimi rəsmi şəkildə bəyan edirəm ki, bizim təşkilatımız və ya bu gün məsləhətləşdiyimiz digər təşkilatlar yaxın günlərdə aksiya keçirməyəcək”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Komitə bağçada uşağın qanında psixotrop maddə aşkarlanması ilə bağlı DİN və Baş Prokurorluğa müraciət edib
Cəmiyyət 18:11
Komitə bağçada uşağın qanında psixotrop maddə aşkarlanması ilə bağlı DİN və Baş Prokurorluğa müraciət edib
Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq
Cəmiyyət 18:08
Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq
Gömrükdə 232 min manatdan artıq bəyan edilməyən mal aşkarlandı
Cəmiyyət 17:21
Gömrükdə 232 min manatdan artıq bəyan edilməyən mal aşkarlandı
Ağdama köçən 117 ailəyə mənzillərin açarları verilib
Cəmiyyət 17:06
Ağdama köçən 117 ailəyə mənzillərin açarları verilib
Məşhur turizm şirkətinin rəhbəri Polşada saxlanılıb
Cəmiyyət 16:40
Məşhur turizm şirkətinin rəhbəri Polşada saxlanılıb
"myGov" istifadəçilərinin sayı 4 milyona çatıb
Cəmiyyət 15:20
"myGov" istifadəçilərinin sayı 4 milyona çatıb
Azərbaycanda balıq ovu mövsümü açıldı
Cəmiyyət 14:13
Azərbaycanda balıq ovu mövsümü açıldı
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:46
Sabahın hava proqnozu açıqlanıb
Sabah bəzi rayonlarda leysan və dolu gözlənilir
Cəmiyyət 13:42
Sabah bəzi rayonlarda leysan və dolu gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol