• $
  • £

“Qara ilan”ın “udduğu” məşhur azərbaycanlılar - SİYAHI

“Qara ilan”ın “udduğu” məşhur azərbaycanlılar - SİYAHI
25.12.2013 14:54

Yola saldığımız 2013-cü il həmçinin bir sıra itkilərlə yadımızdan çıxmayacaq. Bu ildə bir çox ictimai-siyasi xadimlər və ədəbiyyat-mədəniyyət nümayəndələri dünyalarını dəyişdilər. Nəinki ölkəmizdə, eləcə də bütün dünyada məşhur olan rəssam Toğrul Nərimanbəyov 8 iyunda vəfat etdi. Onun ölümü gözlənilməz olduğu qədər də xeyli mübahisə yaratdı. Məşhur rəssamın harada dəfn edilməsi məsələsi yaxın qohumları arasında razılığa gəlinməməsi səbəbindən xeyli dartışıldı. Amma buna baxmayaraq, Azərbaycanla yanaşı bütün dünya öz parlaq nümayəndəsinin itirildiyinin fərqində idi. Çoxları tərəfindən sevilən aktyor Siyavuş Aslanın ölümü Azərbaycan mədəniyyətinə daha bir ağır zərbə idi. Həyatının sonuna doğru aktyor xəstəlikdən əzab çəkdi və iyunun 27-də dünyasını dəyişdi. O, "Şərəf" ordeni aldıqdan cəmi 2 gün sonra gözlərini əbədi olaraq yumdu. Mədəniyyət dünyasında daha bir itki rejissor Ələkbər Muradovun adıyla bağlıdır. Həyatının son üç ilini rejissor xərçəngdən əziyyət çəkdi və 2013-cü il avqustun 1-də vəfat etdi. Şəki Dram Teatrının aktyoru Fərman Şəkilinin ölümü də onu sevənlər üçün gözlənilməz oldu və ağır itkilərdən hesab olunur. Aktyor martın 6-da, 58 yaşında dünyadan köçdü. "Yarpaq tökümü" ədəbiyyat dünyasına da toxundu. Fevralın 5-də yazıçı-jurnalist Zakir Sadatlı həyatıyla vidalaşdı. Cəmi 53 il yaşayan Zakir bəy ölümündən sonar “Əfqan uçurumu” kitabına görə Milli Kitab Müsabiqəsi çərçivəsində ən yaxşılardan biri oldu. Təxminən elə o vaxt, daha dəqiqi – 6 fevralda yazıçı Şaiq Vəli də rəhmətə getdi. Sumqayıtda yalqızlıq və ekstremal yoxsulluq şəraitində dünyasını dəyişmiş şairin üç uşağı indi qohumlarının himayəsindədir. Azərbaycan ədəbiyyatının daha bir tökülmüş yarpağı 84 yaşlı alim- folklorçu Sadnik Paşa oldu. Nizami və Azərbaycan ensiklopediyasının mirası hesab edilən alim, həmçinin Folklor İnstitutunun Müdafiəsi üzrə şura üzvü idi. "Qobustan" jurnalının redaktoru Ələkbər Salahzadə isə sentyabrın 1-də, 62 yaşında dünyasını dəyişdi. Bir qədər sonra, 20 sentyabrda isə ədəbi tənqidçi Elnarə Tofiqqızı tibbi səhlənkarlıq üzündən faciəli şəkildə vəfat etdi.  Elnarə Tofiqqızının vəfatından cəmi 10 gün sonar, oktyabrın 1-də Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair Ədalət Əskəroğlu qəfil dünyasını dəyişdi. Uzun illər şəkərli diabetdən əziyyət çəkmiş şair, o axşam insult keçirtdi və 56 yaşında ədəbi olaraq gözlərini yumdu. “Qara ilan” ilində elm xadimləri, alimlərin itirilməsi ili kimi də yadda qalacaq. Tibb elmləri doktoru, akademik Rəhim Rəhimov 6 iyulda, 86 yaşında vəfat etdi. Daha bir itki filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Yusif Seyidovun adı ilə bağlıdır. O, noyabrda, 84 yaşında dünyasını dəyişdi.  Ölkənin siyasi səhnəsində də narahat həyat yaşandı. Sentyabrın əvvəllərində Azərbaycan xalq hərəkatının rəhbərlərindən və Yeni Azərbaycan Partiyasının qurucularından biri hesab olunan, keçmiş mətbuat və informasiya naziri Siruz Təbrizli dünyasını dəyişdi. Martda Milli Məclisin deputatı Hikmət Atayev avtomobil qəzasına düşdü və hadisə yerindəcə vəfat etdi. Müdafiə sferasında ən ağır itki Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Məhəmməd Abbasquliyevin ölümü oldu. O, 22 noyabrda infarkt səbəbindən həyatla vidalaşdı. Bizi tərk etmiş bütün insanlara Allahdan rəhmət diləyirik!  Elmin NuriANN.Az 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq
Cəmiyyət 09:29
Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq
Rubl və avro bahalaşıb - məzənnə
Cəmiyyət 09:00
Rubl və avro bahalaşıb - məzənnə
Bərdədə 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Cəmiyyət 22:31
Bərdədə 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edilib
Cəmiyyət 18:54
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edilib
Kürdəxanıda yol kənarında yanan tikinti materialları söndürülüb -Yenilənib
Cəmiyyət 18:46
Kürdəxanıda yol kənarında yanan tikinti materialları söndürülüb -Yenilənib
Almaniyada istilərlə əlaqəli ölümlərin sayı 14 minə çatıb
Cəmiyyət 17:55
Almaniyada istilərlə əlaqəli ölümlərin sayı 14 minə çatıb
Azercell “Brandon Hall Group HCM Excellence Awards”da üç mükafat qazanıb
Cəmiyyət 17:06
Azercell “Brandon Hall Group HCM Excellence Awards”da üç mükafat qazanıb
Azərbaycanda turistlər üçün gündəlik və aylıq dəmir yolu biletləri tətbiq ediləcək
Cəmiyyət 16:53
Azərbaycanda turistlər üçün gündəlik və aylıq dəmir yolu biletləri tətbiq ediləcək
9 aydır vəzifədədir, təyinatı açıqlanmayıb - Milli Kulinariya Mərkəzinin yeni rəhbəri kimdir?
Cəmiyyət 16:30
9 aydır vəzifədədir, təyinatı açıqlanmayıb - Milli Kulinariya Mərkəzinin yeni rəhbəri kimdir?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol