• $
  • €
  • ₽
  • ₺
  • £

«Azersun Holding» yazı müsabiqəsi keçirir

«Azersun Holding» yazı müsabiqəsi keçirir
23.12.2013 19:26

Azərbaycan Mətbuat Şurası və “Azersun Holding” zeytun ağaclarının qorunması və zeytunçuluğa olan marağı artırmaq məqsədilə KİV təmsilçiləri arasında “Zeytun Bağları” - Azərbaycan zeytununun şöhrəti” mövzusunda yazı müsabiqəsi keçirir.

 

“Azərsun Holdinq”dən verilən məlumata görə, müsabiqəyə təqdim olunacaq yazılar üçün Azərbaycan zeytunçuluğunun təbliği, Azərbaycan zeytun markalarının araşdırılması və “Zeytun Bağları” markasının zeytunun təbliğinə töhfələri, zeytunun insan sağlamlığına müsbət təsirləri, zeytun ağaclarının qırılmasının qarşısının alınması yönündə təbliğat və yeni zeytun bağlarının salınmasının təşviq olunması istiqamətləndirici mövzular müəyyənləşdirilib.

 

Müsabiqədə I yeri tutan 1 nəfərə 1000 manat; II yer tutan 2 nəfərə 700 manat, III yer tutan 3 nəfərə 500 manat və həvəsləndirici mükafat isə 10 nəfər tutana 300 manat mükafat veriləcək. Müsabiqəyə təqdim olunmuş yazılarda materialların mövzunu əhatə etmə səviyyəsi, faktlardan istifadə xüsusiyyətləri, ifadə vasitələrinin zənginliyi və oxucu üçün informasiyalılıq dərəcəsinə üstünlük veriləcək.

 

Müsabiqəyə 2014-cü ilin yanvar ayının 1-dən mart ayının 15-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Yazıda “Yazı Azərbaycan Mətbuat Şurası və “Azərsun Holdinq”lə birgə keçirdiyi “Zeytun Bağları” Azərbaycan zeytununun şöhrəti” mövzusundakı müsabiqəyə təqdim olunmaq üçün verilir” qeydi olmalıdır.

 

Qeyd edək ki, yazı müəllifinin müsabiqə üçün təqdim edəcəyi materialı çalışdığı KİV-də verməsi şərt deyil. Material yazılı formada 3 nüsxədə (A4 formatlı kağız vərəqində), həmçinin elektron formada (diskdə, Times New Roman şriftində) müəllifin adı qeyd olunmamaqla şəxsən təqdim edilməlidir. Müsabiqə materialı informasiya saytında gedibsə, elektron təqdimata (diskə) yazının linkinin göstərildiyi ayrıca fayl yerləşdirilməlidir.

 

Yazılar 2014-cü ilin yanvar ayının 1-dən mart ayının 15-dək hər gün saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Teymur Əliyev küçəsi 38 ünvanında (Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək. Müsabiqədə yer tutacaq şəxslərin adları 2014-cü il mart ayının 16-dək açıqlanacaq.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol