• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblilər niyə məcburi şəkildə tibbi müayinəyə göndərilib?

Məktəblilər niyə məcburi şəkildə tibbi müayinəyə göndərilib?
23.12.2013 16:33
Son günlər paytaxt məktəblilərinin sinfindən asılı olmayaraq hər birinin tibbi müayinədən keçməyə göndərilməsi müəyyən narazılıqlar və suallar ortaya çıxarıb.APA-nın xəbərinə görə, məktəblilərin hər biri onlara təqdim olunan arayışlara əsasən həkim nəzarətindən keçməli və sağlamlıqları barədə məktəbə məlumat verməlidirlər. Məktəblilərin göndərildiyi poliklinikalarda isə tibbi arayışın alınması müəyyən problemlər yaradıb. Bəziləri bunun Təhsil Nazirliyinin, digərləri ilə Səhiyyə Nazirliyinin qərarı əsasında həyata keçirildiyini bildiriblər. Məsələyə münasibət bildirən Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri  Cəsarət Valehov APA-ya açıqlamasında bildirib ki, məktəblilərin sağlamlıq haqqında tibbi arayış alması ilə bağlı nazirlik tərəfindən hər hansı bir göstəriş verilməyib. Onun sözlərinə görə, şagirdlərin poliklinikalara göndərilərək sağlamlığı ilə bağlı yoxlanması və arayışların alınması üçün tapşırıq yoxdur. Araşdırma zamanı məlum olub ki, məktəblilərin məcburi tibbi müayinədən keçirilməsi “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir. Bakı Şəhər Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev APA-ya açıqlamasında bildirib ki, uşaqların icbari dispanserizasiyası hər il daimi olaraq aparılacaq. Bununla bağlı bütün poliklinikalara məlumat verildiyini deyən R.Nağıyev qeyd edib ki, ildə bir dəfə uşaqlar icbari müayinədən keçiriləcək: “Bu il üçün işlər başlanıb və artıq yekunlaşmaq üzrədir. Bu prosesə cari ilin iyul ayından başlanıb. Lakin uşaqlar iyul-avqust aylarında yay tətilində olduqlarından bu proses sentyabrdan tam olaraq həyata keçirilir”. Rəis müavini qeyd edib ki, uşaqların icbari müayinədən keçirilməsi onların dərsdən yayınmasına problem yaratmır. Onun sözlərinə görə, təhsil bir çox məktəblərdə beşgünlükdür və şagirdlər şənbə günü müayinədən keçə bilər: “Məktəblərin çoxunda mütəxəssislərin özləri gəlib məktəbliləri müayinədən keçirirlər. Lakin poliklinikada elə avadanlıq var ki, məsələn, USM, Rentgeni məktəblərə gətirmək olmur. Ona görə də uşaqların tibb müəssisələrində yoxlanması daha məqsədəuyğun olardı”. İdarə rəsmisi uşaqların müayinədən keçirilən zaman məktəblilərdən və valideynlərdən əlavə vəsaitin tələb olunmasına münasibət bildirib. O qeyd edib, belə hal varsa, bununla bağlı onlara müraciət edilsin: “Kimsə belə neqativ hallarla rastlaşırsa, bu barədə məlumat versin və buna qarşı ciddi tədbirlər görüləcək”. Bu prosesi həyata keçirən səhiyyə müəssisələrindən biri - 9 saylı uşaq poliklinikasının baş həkimi Aidə Hüseynzadə APA-ya açıqlamasında bildirib ki, “Uşaqların icbari dispanserizasiyası haqqında” qanuna əsasən, məktəblilərin sağlamlığını nəzarətdə saxlamaq məqsədilə orta məktəblərin tibb işçiləri tərəfindən onlara müvafiq göndəriş verilir və buna əsasən, şagirdlər istədikləri zaman dispanserizasiyadan keçə bilərlər: “Burada vaxt və zaman məcburi deyil. Biz demirik ki, dərsdən qaç, dərsdən qal. Sovet vaxtında biz məktəblərə gedib uşaqları dərsdən götürürdük. İndi isə uşaqlara göndəriş verilir və onlar da dərsdən ayrılmamaq şərtilə məktəbdən sonra gəlib sərbəst şəkildə müayinədən keçə bilərlər. Ümumilikdə, uşaqlar 7-8 tibbi müayinədən keçirilir. Bununla bağlı dövlətin qanunu var və hamı qanuna əməl etməli, müayinələrdən keçməlidir”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol