• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Bu yollarda hərəkət tam məhdudlaşdırılacaq- Sürücülərə xəbərdarlıq!

Bu yollarda hərəkət tam məhdudlaşdırılacaq- Sürücülərə xəbərdarlıq!
04.11.2025 12:10

8 noyabr - Zəfər Günü ilə əlaqədar keçiriləcək tədbirə hazırlıq məqsədi ilə 5-6 noyabr tarixlərində səhər saat 10:00-dan 16:00-dək paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Məhdudiyyət tətbiq ediləcək küçə və prospektlərin siyahısı:

- Bakı Su İdman Sarayından, Teleteatr binasının yanından və Şeyx Şamil küçəsindən Azneft dairəsi istiqamətinə;

- Neftçilər prospekti, Z.Əliyevə, Ü.Hacıbəyli və 8 Noyabr prospektinin bir hissəsi;

- Ağ Şəhər Bulvarı, X.Rüstəmov küçəsindən Y.Səfərov küçəsinə qədər hərəkət məhdudlaşdırılacaq.

Paytaxtın cənub giriş qapısından sürücülər “Azneft” və “Neftçilər” dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla “20 Yanvar” və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət edə bilərlər.

Eyni zamanda 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur.

Şəhərin mərkəzindən Xətai və Nizami rayonlarına doğru hərəkət etmək istəyən sürücülər Ş.Bədəlbəyli, Azadlıq prospekti, Nizami və Y.Səfərov küçəsindən keçməklə hərəkət edə bilərlər. H.Əliyev prospektindən Yasmal və digər istiqamətlərə gedən sürücülər isə Y.Səfərov küçəsindən keçməklə 28 May, R.Behbudov, Fizuli və A.Şaiq küçələrindən hərəkət edərək keçə bilərlər.

Əlavə olaraq bildirək ki, məhdudiyyət tətbiq ediləcək küçə və prospektlərin giriş və çıxışlarında DYP əməkdaşları tərəfindən xidmət təşkil edilərək nəqliyyat vasitələri alternativ istiqamətlərə yönləndiriləcək.

Yol hərəkəti iştirakçılarından qeyd edilən məhdudiyyətləri nəzərə alaraq fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bərdədə quyuya düşən 3 yaşlı uşaq ölüb
Cəmiyyət 19:37
Bərdədə quyuya düşən 3 yaşlı uşaq ölüb
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 18:40
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Dumanla bağlı yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:47
Dumanla bağlı yollarda görünüş məsafəsi məhdudlaşacaq
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Cəmiyyət 17:10
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Tovuzda bir ailənin 4 üzvü qidadan zəhərlənib
Cəmiyyət 16:56
Tovuzda bir ailənin 4 üzvü qidadan zəhərlənib
Lənkəranda yanmış iki meyit aşkarlanıb
Cəmiyyət 16:21
Lənkəranda yanmış iki meyit aşkarlanıb
Xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:00
Xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanılıb
Tovuzda parkdan kişi meyiti tapılıb
Cəmiyyət 15:30
Tovuzda parkdan kişi meyiti tapılıb
Bərdə sakini Ağdərədə minaya düşüb
Cəmiyyət 14:29
Bərdə sakini Ağdərədə minaya düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol