Sinoptiklər yağmursuz hava vəd edir

Yaxın 2 gün ərzində Azərbaycan ərazisində sabit və yağmursuz hava şəraiti davam edəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, bu gün olduğu kimi sabah da ölkə ərazisində hava şəraiti mülayim, sabit və əsasən yağmursuz olacaq. Onun sözlərinə görə, son günlər qeydə alınan mülayim hava şəraiti anomal hesab edilmir və dekabr ayı üçün xarakterikdir. Ötən illərin dekabr ayında da belə hava şəraiti müşahidə olunub. Bu günlərdə havanın temperaturu iqlim norması daxilindədir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib























