• $
  • €
  • ₽
  • ₺
  • £

General-mayor: "Məni heç kim işdən çıxara bilməz"

General-mayor: "Məni heç kim işdən çıxara bilməz"
23.12.2013 12:12
Azərbaycanın keçmiş müdafiə naziri, general-mayor Dadaş Rzayev Silahlı Qüvvələrin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri vəzifəsindən çıxarılması haqda yayılan xəbərlərə aydınlıq gətirib.AzVision.az-a açıqlamasında eks-nazir bu iddiaların yalan olduğunu bildirib.“Yalandır. Mən öz yerimdəyəm. Elə indi də hazırlaşıb işə gedirəm. Bu xəbərlər kimə sərf edirsə, onlar da yayırlar”, - deyə D.Rzayev qeyd edib.Keçmiş müdafiə naziri həmçinin bildirib ki, onu bu vəzifədən heç kim çıxarda bilməz: “Məni kim çıxarda bilər axı? Mən bura zabitlərin seçimi ilə gəlmişəm. Qurultayda onlar məni seçiblər. Gərək yenidən qurultay olsun ki, başqa bir sədr seçilsin. Məni nə nazir, nə də başqa biri bu vəzifədən çıxarda bilməz. Çünki bu ictimai təşkilatdır”, - deyə keçmiş müdafiə naziri əlavə edib. Qeyd edək ki, milaz.info saytında Azərbaycanın keçmiş müdafiə naziri, general-mayor Dadaş Rzayevin Silahlı Qüvvələrin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri vəzifəsindən, bununla da Müdafiə Nazirliyindəki ştatdan çıxarılacağı barədə məlumatlar yayılıb. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol