• $ 1.7
  • € 1.98
  • ₽ 0.022094
  • ₺ 0.04
  • £ 2.266

Azərbaycan və Ukrayna prezidentləri telefon danışığı aparıb

Azərbaycan və Ukrayna prezidentləri telefon danışığı aparıb
14.11.2025 16:49

Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Volodimir Zelenski Rusiyanın raket zərbəsi nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını qınayıb və bu hadisə ilə bağlı ciddi narahatlığını bildirib.

Azərbaycanın dövlət başçısı da öz növbəsində ölkəmizin Ukraynadakı səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib və bununla əlaqədar ciddi narahatlığını ifadə edib, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.

Telefon söhbəti zamanı Volodimir Zelenski Azərbaycanın Ukraynaya humanitar dəstəyinə görə təşəkkürünü bildirib.

Dövlət başçıları, həmçinin ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Namizəd Səfərov həbs olunub
Cəmiyyət 09:33
Namizəd Səfərov həbs olunub
Polis yağışlı hava ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib - Video
Cəmiyyət 20:02
Polis yağışlı hava ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib - Video
5 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyənləşib
Cəmiyyət 18:06
5 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyənləşib
Sabah Bakının iki rayonunda qaz olmayacaq
Cəmiyyət 17:30
Sabah Bakının iki rayonunda qaz olmayacaq
Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 17:13
Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verilib
Bakıya leysan yağır - Faktiki hava açıqlanıb
Cəmiyyət 17:11
Bakıya leysan yağır - Faktiki hava açıqlanıb
Ölkə üzrə 605 təhsil müəssisəsində pellet yanacağından istifadə olunur - MÜTDA
Cəmiyyət 16:26
Ölkə üzrə 605 təhsil müəssisəsində pellet yanacağından istifadə olunur - MÜTDA
İran nömrələri ilə uşaqlara yazıb narkotik təklif edildiyi iddia olunur- DİN-dən açıqlama
Cəmiyyət 16:07
İran nömrələri ilə uşaqlara yazıb narkotik təklif edildiyi iddia olunur- DİN-dən açıqlama
Sumqayıtda oğul anasının kartından oğurladığı pulları arvadının hesabına köçürürmüş
Cəmiyyət 15:46
Sumqayıtda oğul anasının kartından oğurladığı pulları arvadının hesabına köçürürmüş
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol