Sabah Bakının iki rayonunda qaz olmayacaq

Sabah Bakının Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonunda korroziyaya uğramış qaz xəttinin ləğv olunması və yeni çəkilmiş yerüstü xəttin mənbəyə qoşulması, Sabunçu rayonunda qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədar dekabrın 11-də saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























