Ağcabədidə ev yanıb - Video

Ağcabədidə üçotaqlı evdə yanğın olub.
“Qafqazinfo”nun məlumatına görə, yanğın rayon sakini Famil Hüseynova məxsus evdə baş verib.
Yanğın zamanı evin iki otağı və dam hissəsinin yanar konstruksiyaları yanıb. Hadisə yerinə FHN-nin Ağcabədi rayon yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub.
Yanğın söndürülüb və ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma başlanıb.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib























