• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil naziri əmr verdi

Təhsil naziri əmr verdi
20.12.2013 15:27

Təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi sisteminə daxil olan qurumlarla işin təşkilinin yaxşılaşdırılması, fövqəladə, cinayət və təhsil müəssisələrinin normal iş ahənginin pozulması ilə nəticələnən hadisələr haqqında məlumatların verilməsi, həmçinin qurumlararası fəaliyyətin əlaqələndirilməsi və zəruri hallarda təxirəsalınmaz tədbirlərin görülməsini təmin etmək məqsədi ilə xüsusi hallar barədə məlumatların verilməsi haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrdə Təhsil Nazirliyinin struktur qurumlarının və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərləri xüsusi hallar haqqında dərhal telefonla, sonradan isə yazılı formada nazirliyə məlumat verilməsini təmin etmək tapşırılıb. Xüsusi hallara təbii fəlakət, yanğın, digər fövqəladə hadisələr, təhsil işçiləri tərəfindən cinayət hadisələrinin törədilməsi, o cümlədən korrupsiya hüquq pozuntularına yol verilməsi və ya təhsil müəssisəsində (onun ərazisində) törədilmiş cinayət hadisələri, hüquq-mühafizə orqanlarının təhsil müəssisələrində əməliyyat-axtarış fəaliyyətini həyata keçirməsi, təhsil müəssisəsinə aid sənədlərin tələb olunması və ya götürülməsi, elektrik, istilik, su və qaz təchizatının dayandırılması və digər hallar nəticəsində normal fəaliyyətin pozulması, şagird və tələbələrin kütləvi zəhərlənməsi, epidemiya xarakteri alan xəstəliklər, təhsil müəssisəsinin ərazisində təhsil alanların və təhsil işçilərinin xəsarət alması, təhsil müəssisəsinin ərazisinin zəbt olunmasına cəhdlər, inzibati binaya, əsas vəsaitlərə, kitabxana fonduna ziyan dəyməsi, dövlət nümunəli və sair əhəmiyyətli sənədlərin, möhür və ştampların itirilməsi və ya oğurlanması, təhsil müəssisəsinin normal fəaliyyətinin pozulmasına səbəb olmuş hər hansı digər hadisələr daxildir. Xüsusi hallar barədə məlumatlar Nazirliyin İnformasiya şöbəsinə (həftənin iş günləri 9:00-dan 18:00-dək Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti - 146 telefon nömrəsinə, qeyri-iş vaxtları isə (051) 7601270 və ya (050) 3613298 telefon nömrələrinə) verilməlidir. Məlumatda hadisənin baş vermə (törədilmə) yeri, vaxtı, nəticələri, əgər məlumdursa səbəbləri, həmçinin həyata keçirilən təxirəsalınmaz tədbirlər qeyd edilməlidir. İnformasiya şöbəsinin müdiri Elnur Əliyevə tapşırılıb ki, daxil olmuş məlumatları qeydiyyata almaqla dərhal nazirliyin rəhbərliyinə məruzə edilməsini təmin etsin, qeyri-iş saatı daxil olan məlumatların növbəti iş günündə qeydə alınması təmin olunsun, əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin, əmrin Təhsil Nazirliyinin bütün struktur qurumlarına və strukturuna daxil olmayan tabeliyindəki qurumlara çatdırılmasını təmin etsin, xüsusi hallar barədə məlumatların mütəmadi olaraq ümumiləşdirilməsini aparsın. Xüsusi hallar barədə məlumatın verilməsinə görə şəxsən məsuliyyət daşıdıqları Təhsil Nazirliyinin struktur qurumlarının və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinin nəzərinə çatdırılsın. Əmrin icrasına nəzarət təhsil nazirinin müavini Ceyhun Bayramova həvalə olunub.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol