Anar Məmmədli həbs edildi

Onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli saxlanılıb.
ANN.Az APA-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, A. Məmmədli barəsində həbs-qətimkan tədbiri Nəsimi rayon Məhkəməsində seçilib.
Qeyd edək ki, bu gün saat 17 radələrində A. Məmmədli Bəşir Süleymanlı və Elnur Məmmədli ilə birlikdə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıblar. Bu barədə A. Məmmədlinin "facebook" səhifəsində onun dostları yazıblar.
Məlumata görə, bir müddət sonra isə B. Süleymanlı və E. Məmmədli sərbəst buraxılsalar da, A. Məmmədli ilə dindirilmə davam edib.
Daha sonra isə o, Nəsimi rayon Məhkəməsinə gətirilib və barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib























