Bakıda Milli Şura aksiya keçirir

Bu gün Milli Şura Bakının Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda mitinq keçirir.
APA-nın xəbərinə görə, mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
Aksiya Tarif Şurasının bəzi neft məhsullarının və benzinin qiymətində artım olması ilə bağlı qərarına etiraz olaraq keçirilir. Aksiyanın şüarları “Qiymətlər endirilsin!”, “Bahalaşmaya son!” olacaq.
Aksiyanın təhlükəsizliyinin təmin olunması üçün əraziyə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb edilib.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























