• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimlərin qurultayı başladı

Müəllimlərin qurultayı başladı
29.05.2020 11:06

Heydər Əliyev Mərkəzində Azərbaycan müəllimlərinin XIV qurultayı başlayıb. 

Lent.az-ın məlumatına görə, bütün bölgələrdən nümayəndələrin seçildiyi qurultayda təhsil naziri Mikayıl Cabbarov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, baş nazirin müavini Elçin Əfəndiyev, Prezident Administrasiyasının rəsmiləri, millət vəkilləri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbər işçiləri, QHT nümayəndələri, nüfuzlu müəllim və ziyalılar iştirak edir. Ümumilikdə, qurultaya 900-ə yaxın nümayəndə qatılıb.

Hər 5 ildən bir keçirilən qurultayda ölkə təhsilinin inkişafında görülən işlər, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ndan irəli gələn məsələlər, qarşıya qoyulan vəzifələr müzakirə olunacaq.

Tədbirdə öncə təhsil naziri Mikayıl Cabbarov çıxış edib. Nazir bildirib ki, 107 il bundan qabaq 1906-cı ildə Azərbaycan müəllimlərinin ilk qurultayı keçirilib. Nazir onu da vurğulayıb ki, “Azərbaycan Respublikasının Təhsil Stategiyası” təhsillə bağlı bütün subyektləri əhatə edir: “Sənəddə kadr hazırlığının gücləndirilməsi, müəllim peşəsinin nüfuzunun qaldırılması və. s. əsas hədəflər kimi götürülüb. Təhsil şagirdlərə düzgün qərar qəbul etməyi aşılamalıdır”.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol