• $
  • €
  • ₽
  • ₺
  • £

Abşeronda iki ev partladı, ölən və yaralananlar var

Abşeronda iki ev partladı, ölən və yaralananlar var
13.12.2013 13:20

Azərbaycanın Abşeron rayonunda iki evdə partlayış olub, ölən və yaralananlar var.

Abşeron rayon Polis Şöbəsindən verilən məlumata görə, dekabrın 12-si saat 16.00 radələrində Abşeron rayonu Masazır qəsəbəsi Aşıq Ələsgər küçəsində yaşayan Həbib Qurbanovun evində təbii qazın sızmasından partlayış baş verib. H.Qurbanovun oğlu Cavid, qayınanası Səmayə və qohumu Nüşabə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

 

Həmin gün Masazır qəsəbəsində təbii qaz sızmasından daha bir partlayış olub. Bu hadisə isə saat 03.00 radələrində Aşıq Ələsgər küçəsində yaşayan Mübariz Şərifovun evində qeydə alınıb. Orada kirayədə yaşayanlar - qəsəbə sakinləri Cavid Zəliyev, arvadı Nailə və oğlu Rüstəm yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Rüstəm Zeynalov aldığı xəsarətdən xəstəxanada ölüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.  

APA

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol