• $
  • €
  • ₽
  • ₺
  • £

Yanvarda TƏBİB 7,7 milyondan çox tibbi xidmət göstərib

Yanvarda TƏBİB 7,7 milyondan çox tibbi xidmət göstərib
25.02.2026 09:42

TƏBİB 2026-cı ilin yanvar ayında tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ümumilikdə 7 727 958 tibbi xidmət göstərildiyini açıqlayıb.

Qurumun məlumatına görə, hesabat dövründə 2 265 488 müraciət qeydə alınıb. Onlardan 48 553-ü stasionar, 2 216 935-i ambulator olub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında 8 % artım deməkdir.

Yanvar ayında göstərilən tibbi xidmətlərin 1 074 206-sı stasionar, 6 653 752-si ambulator olub. Ümumilikdə xidmətlərin sayı ötən ilin eyni ayı ilə müqayisədə 10 % artıb.

Laborator xidmətlərdə də artım müşahidə edilib. Hesabat dövründə 3 426 087 laborator müayinə aparılıb. Bunların 568 323-ü stasionar, 2 857 764-ü ambulator xidmətlər olub ki, bu da illik müqayisədə 12 % artım deməkdir.

Eyni zamanda ay ərzində 29 284 cərrahi əməliyyat və prosedur icra olunub (27 935 stasionar, 1 349 ambulator). Bu sahədə artım 4 % təşkil edib.

Qurum qeyd edir ki, göstəricilərdəki artım tibb müəssisələrinə müraciətlərin və göstərilən xidmətlərin genişlənməsi ilə bağlıdır.

Aytac

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol