• $
  • €
  • ₽
  • ₺
  • £

Elçin Əlibəyli dələduzluqda ittiham olunur

Elçin Əlibəyli dələduzluqda ittiham olunur
11.12.2013 10:34
Azərbaycanda tanınmış teleaparıcı dələduzluqda ittiham olunur.Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Bakıda fəaliyyət göstərən tibbi klinikalardan birinin rəhbəri polisə müraciət edərək, teleaparıcı Elçin Əlibəylinin klinikanı televiziyada reklam edəcəyi adı ilə ondan 34 min manat alıb, lakin vədinə əməl etməyib. Bundan sonra klinika rəhbəri pulu geri istəsə də, qaytarmayıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfində təhqiqat araşdırması aparılıb. Araşdırma nəticəsində E. Əlibəylinin əməlində dələduzluq faktı aşkarlandığından iş baxılması üçün istintaqa verilib. Hələlik fakt üzrə cinayət işi başlanmayıb. Elçin Əlibəyli APA-ya açıqlamasında məsələdən xəbərdar olduğunu bildirib: “Burada bir anlaşılmazlıq olub. Mən bir şirkətlə çalışmışam, o şirkətin işidir. Sadəcə, yanlış olaraq iddia mənə qarşı qaldırılıb. Mən araşdırma aparıb aydınlaşdırdıqdan sonra açıqlama verəcəyəm”. ANN.Az 
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol