• $
  • €
  • ₽
  • ₺
  • £

Elçibəyin oğlu üçün Prezident Administrasiyasında işləmək şansı

Elçibəyin oğlu üçün Prezident Administrasiyasında işləmək şansı
29.05.2020 05:16
“Rəhmətlik Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev hazırda Bakıda yaşayır. İşləmək barədə isə hələ ki, düşünmür”. Bunu Modern.az saytına eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev deyib. Onun sözlərinə görə Ərturqut Əliyevə dəfələrlə iş təklifi gəlsə də, bundan imtina edib. “Mən özüm də ona bir neçə dəfə demişəm ki, dövlət orqanlarında işə düzəldə bilərəm. Hətta Ərturquta Prezident Administrasiyasında işləmək üçün imkanlar da yaranıb. Amma o, bundan yararlanmır və öz ampluasındadır”-deyə A.Əliyev bildirib.Xatırladaq ki, bir müddət öncə Ərturqut Əliyev mətbuata açıqlamasında Türkiyədən yaxşı iş təklifi aldığını bildirib. O, hətta bir müddətliyə Bakını tərk edərək Türkiyəyə getmişdi.Qeyd edək ki, Ərturqut Əliyev Bakı Kooperasiya Universitetini bitirib. Ali təhsilini tamamladıqdan sonra qanunvericiliyə uyğun olaraq Binəqədi Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. O, hərbi xidmətini Daxili Qoşunların Gəncədəki “N” saylı hərbi hissəsində başa vurub. Hərbi xidmətdən sonra Türkiyənin Milliyyətçı Hərəkat Partiyasının sədri Dövlət Baxçalının dəstəyi ilə qardaş ölkədə təhsilini davam etdirib. Hazırda işsizdir. Mərhum prezidentin qızı Çilənay Səmədbəyli isə ailəsi ilə Bakını tərk edərək Türkiyəyə köçüb. Elçibəyin həyat yoldaşı evdar qadındır.Xatırladaq ki, 2012-ci il iyul ayının 21-dən etibarən Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanunu qüvvəyə minib. Sözügedən qanunun müvafiq tələbinə əsasən, Əbülfəz Elçibəyin ailəsinə 3750 manat məbləğində aylıq müavinət ayrılıb.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol