• $
  • €
  • ₽
  • ₺
  • £

Stomatoloji klinikada ölən xəstənin həkimi danışdı

Stomatoloji klinikada ölən xəstənin həkimi danışdı
06.12.2013 12:06
“Bakıda stomatoloji kabinetdə əməliyyata hazırlanan zamanı dünyasını dəyişən şəxs vərəm xəstəsi olub və onun ölümündə bunun da müəyyən qədər rolu var”.Bu barədə APA-ya açıqlamasında xəstəni əməliyyata götürmüş cərrah Baxış Hüseynov bildirib. B. Hüseynov hadisənin baş verdiyi "VİP Dental" stomatoloji kabinetin onun tələbəsinə məxsus olduğunu açıqlayıb: “Mən neçə illərdir ki, təqaüddəyəm. Hadisə baş verən stomatoloji kabinet də mənim tələbələrimdən birinə məxsusdur. O, dəfələrlə məni həmin kabinetdə işləməyə dəvət edib. Lakin yaşımın çoxluğunu nəzərə alaraq qəbul etməmişəm. Bir ay əvvəl mən tələbəmin dəvətini qəbul etdim və müqavilə bağlayaraq onunla birgə işləməyə razılıq verdim. Təxminə bir ay idi ki orada işləyirdim”. Xəstəsinin ölümünə səbəb ola biləcək ehtimallar barədə danışan B. Hüseynov mərhumun vərəm xəstəliyindən əziyyət çəkdiyini də açıqlayıb: “Mən bir neçə il əvvəl həmin xəstənin həyat yoldaşını da dişindən əməliyyat etmişəm. Bu əməliyyat çox uğurlu alınmışdı. Həmin əməliyyatdan razı qaldıqları üçün onlar növbəti dəfə mənə müraciət etdilər. Bir neçə dəfə onların müraciətini qəbul etmədim. Onlara bildirdim ki, mən təqaüddəyəm, işləmirəm. Lakin onlar əl çəkmədilər. Dünən yenə də zəng etdilər, təkidlə məni tələbəmin işlətdiyi stomatoloji kabinetə çağırdılar. Bu dəfə razılıq verdim və tələbəmə məxsus kabinetdə həmin xəstəni qəbul elədim. Xəstəyə ağrıkəsici vurdum. İynəni vuran kimi xəstə şoka düşdü. Nə qədər çalışsaq da, yardım etsək də alınmadı və xəstə dünyasını dəyişdi”. B. Hüseynov xəstəyə vurulan ağrıkəsicinin yerli istehsal olduğunu açıqlayıb: “Xəstəyə vurduğum ağrıkəsici yerli istehsal idi və iynənin istifadə müddəti bitməmişdi. Mənim əlli beş illik təcrübəm var. İlk dəfədir ki, başıma belə bir iş gəlib”. Mərhumun vərəm xəstəsi olmasının onun ölümünə müəyyən qədər təsir göstərdiyini qeyd edən B. Hüseynov bu xəstəliyin onda zəiflik yaratdığını bildirib: “Xəstənin ölümünə onun daşıdığı vərəm xəstəliyinin səbəb olması da qaçılmazdır. Çünki vərəm xəstələrinin bədəni zəifləmiş olur və mən gərək bunu nəzərə alardım. Təəssüf ki, bunu nəzərə almamışam”. B. Hüseynov prokurorluq əməkdaşları tərəfindən dindirildiyini qeyd edib: “Dünən bütün günü prokurorluqda ifadə vermişəm. Hələlik məni məsuliyyətə cəlb etməyiblər. Qarşı tərəf şikayətçi olarsa, məsuliyyətə cəlb edə bilərlər. Hələlik şikayət yoxdur”. Qeyd edək ki, Baxış Hüseynov uzun müddət Azərbaycan Tibb Universitetinin Üz-çənə cərrahiyyəsi kafedrasının müdiri olub. Bir neçə ildir ki, təqaüdə çıxıb. Xatırladaq ki, ölüm hadisəsi dünən Bakıdakı "VİP Dental" stomatoloji klinikasında baş verib. Orada dişlərini müalicə etdirən 1966-cı il təvəllüdlü Elçin Məmmədov iynə vurulandan sonra qəflətən vəfat edib. Dünyasını dəyişən şəxsin ölümünün səbəblərini müəyyənləşdirilməsi üçün mərhumun meyiti ekspertizaya göndərilib. Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol