• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat sosial şəbəkələrdə polis müzakirələri ilə bağlı ciddi çağırış edib

Deputat sosial şəbəkələrdə polis müzakirələri ilə bağlı ciddi çağırış edib
12.05.2026 12:48

Sosial şəbəkələrdə hüquq-mühafizə orqanlarına qarşı aparılan müzakirələrin dövlət institutlarına etimadı zəiflətmək riski yaradır. Bunu deputat Razi Nurullayev deyib. 

O bildirib ki, son dövrlərdə xüsusilə Daxili İşlər Nazirliyi və hüquq-mühafizə sisteminə yönəlmiş tənqidlər “sistemli kampaniya” xarakteri alarsa, bu, ictimai sabitliyə və milli təhlükəsizliyə təsir göstərə bilər.

Onun sözlərinə görə, dövlət institutlarına inamın sarsıdılması bir çox ölkələrdə siyasi böhran və xaos proseslərinin başlanğıc mərhələsi kimi müşahidə olunub.

Nurullayev bildirib ki, hüquq-mühafizə orqanlarında problemlərin mövcudluğu istisna edilmir, lakin onların həlli emosional yanaşma ilə deyil, institusional mexanizmlər çərçivəsində həyata keçirilməlidir.

Deputat qeyd edib ki, sosial şəbəkələrdə bəzi halların hüquqi qiymətləndirmə aparılmadan yayılması ictimai narazılığı artırır və dövlət-cəmiyyət münasibətlərinə mənfi təsir göstərir.

O əlavə edib ki, polis və digər hüquq-mühafizə orqanları təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır və fərdi pozuntular bütövlükdə sistemə qarşı ittiham üçün əsas ola bilməz.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol